Məşhur fransız aktyorun Ukraynaya girişinə qadağa qoyulub
29 iyul, 2015 14:20
Rusiya mətbuatına istinadən xəbər verir ki, J.Depardyeyə yönəlik qadağanın səbəbi aktyorun “Rusiyanı və onun bir parçası olan Ukraynanı sevdiyini” deməsi olub.
Bundan sonra Ukrayna hakimiyyəti J.Depardyenin 5 il müddətinə ölkəyə girişinə qadağa qoyulmasına dair qərar qəbul edib.
J.Depardye həmçinin Ukrayna Mədəniyyət Nazirliyi və təhlükəsizlik xidməti tərəfindən ölkənin ərazi bütövlüyü üçün təhlükə törədən mədəniyyət xadimlərinin 500 nəfərlik siyahısına da daxil edilib.