“Nizami”də milli kinematoqrafiyaya dəstək aksiyası keçirilir
28 iyul, 2015 15:08
Mərkəzin təşəbbüsü, “ASAN” xidmətinin təşkilatçılığı ilə sözügedən mərkəzin əməkdaşları və könüllüləri üçün Azərbaycan və Türkiyə kinematoqrafçılarının xalq yazıçısı Elçin Əfəndiyevin ssenarisi əsasında birgə çəkdikləri “Mahmud və Məryəm” filminin nümayişi keçirilib.
Xatırladaq ki, film nümayişlərinin keçirilməsində əsas məqsəd gənclərə milli kinematoqrafiya və yerli filmlərdə açılan tarixi və sosial mövzuların təbliği və mədəniyyətin bu sahəsinə olan marağının daha da artırılmasıdır.
Aksiyanın sentyabr ayına qədər keçirilməsi nəzərdə tutulur. Həmçinin, “Asan xidmət”in əməkdaşları “Nizami” Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı əldə ediblər.