Qazaxıstan rəsmən Ümumdünya Ticarət Təşkilatına qoşuldu
28 iyul, 2015 15:05
TASS-a istinadən xəbər verir ki, Cenevrədə keçirilən mərasimdə prezident Nursultan Nazarbayev də iştirak edib.
Qazaxıstanın ÜTT-də üzvlük üçün 20 ilə yaxın apardığı danışıqlar iyunun 10-da başa çatıb.
Prezident Nazarbayev xalqa müraciətində bunu tarixi hadisə adlandırıb.
Onun sözlərinə görə, böyük iqtisadiyyata malik olan dünyanın bütün ölkələri Qazaxıstanın əlverişli investisiya mühitinə malik, beynəlxalq qanunlara uyğun ticarət siyasəti aparan ölkə olduğunu təsdiqləyiblər.