Xəbərlər

AZAL 99 avroluq uçuşlarda baqajın qiymətinə endirim etdi
28 iyul, 2015 15:04
Qurumdan Gün.Az-a verilən məlumata görə, sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi  kimi 50 manat deyil, 25 avro (hazırkı məzənnə ilə 29 manat) ödəyəcəklər.
 
Qeyd edək ki, AZAL 4 marşrut üzrə aşağı büdcəli sərnişindaşıma xəttləri (“lou-kost”) təcrübəsinin tətbiqinə başlayıb. Belə ki, bu ilin avqust ayından etibarən Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə, sentyabrdan başlayaraq Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə bir uçuş həyata keçiriləcək.
 
Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. Bu isə o deməkdir ki, 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça biləcək.
 
Məlumata görə, Bakı-Antalya aşağı büdcəli reyslərə biletlərin satışına 24 iyulda başlanılıb və iki gün ərzində 7 avqust reysinə bütün biletlər satılıb.
 
Qeyd olunub ki, yeni reyslərin başlama tarixinin müxtəlif olması aviaxətlərə xidmət göstərilməsi üçün xarici  hava limanları ilə müqavilələrin imzalanması və uçuş icazələrinin alınması ilə əlaqədardır.
 
“Standart “lou-kost” modelindən fərqli olaraq AZAL-ın “lou-kost” xətlərinin özəl üstünlükləri var. Qeydiyyat zamanı  biletlərdə konkret yerlər göstəriləcək və təyyarənin salonunda yer seçimi üçün əlavə ödəniş  alınmayacaq.  Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Bu təyyarənin salonundakı bütün yerlər eyni rahatlığa malikdir”.
 
AZAL-ın bütün reyslərinə biletləri on-line rejimində (www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkün olacaq.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.