Somalidə terror aktı: Səfirlik əməkdaşı həlak oldu
27 iyul, 2015 13:45
“Bloomberg”ə istinadən xəbər verir ki, hadisə nəticəsində Çin səfirliyinin bir əməkdaşı da daxil olmaqla, 12 nəfər həlak olub.
Həmçinin Çin səfirliyinə ziyan dəyib.
Radikal islamçı əl-Şabab qruplaşması hava limanı yaxınlığında yerləşən və tez-tez rəsmi şəxslərin baş çəkdikləri “Cəzirə” otelinə hücumun məsuliyyətini öz üzərinə götürüb.
Hadisənin şahidi olan polis əməkdaşı Mohamed Said bildirib ki, 20 yaralı xəstəxanaya yerləşdirilib.
Çin Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib.