“Qarabağ” “Rudar”ı keçdi, “Seltik”ə rəqib oldu
24 iyul, 2015 10:25
Bu mərhələnin Bakıda keçirilən ilk matçında Çernoqoriya təmsilçisi “Rudar”la 0-0 bərabərə qalan “Qarabağ”, səfər matçında istədiyinə nail olub.
Oyunun 57-ci dəqiqəsində Ansi Aqollinin sol cinahdan ötürməsini tək toxunuşla tora qovuşduran Reynaldo matçdakı yeganə qolun sahibi olub. Görüşdən 1-0 hesabı ilə qalib ayrılan təmsilçimiz III təsnifat mərhələsinə yüksəlib.
“Qarabağ”ın III mərhələdə isə rəqib Şotlandiyanın “Seltik” klubu olacaq.
“Rudar” (Pljevlya, Monteneqro) – “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Reynaldo, 56