Avropa Liqası: “Atletik Bilbao” da Bakıya gələcək – III mərhələnin oyunları
24 iyul, 2015 10:24
Dünən II təsnifat mərhələsini uğurla başa vuran klublarımızda “Qəbələ” Kiprin “Apollon” klubu, “İnter” isə İspaniyanın “Atletik” (Bilbao) klubu ilə qarşılaşacaq.
Bundan başqa, dünən Avropa Liqasında keçirilən digər oyunlardan sonra III mərhələyə yüksələn 58 iştirakçının adı müəyyənləşib.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 30 iyul və 6 avqust tarixlərində keçiriləcək.
Avropa Liqası, III təsnifat mərhələsi
“Sürix” (İsveçrə) – “Dinamo” (Minsk, Belarus)
“Kayrat” (Qazaxıstan) – “Aberdin” (Şotlandiya)
“Bordo” (Fransa) - AEK (Kipr)
“Alkmaar” (Hollandiya) - “İstanbul Başakşehir” (Türkiyə)
“Jilina” (Slovakiya) - “Vorskla” (Ukrayna)
“Debretsen” (Macarıstan) – “Rusenborq” (Norveç)
PAOK (Yunanıstan) – “Spartak” (Trnava, Slovakiya)
“Atletik Bilbao” (İspaniya) – “İNTER” (AZƏRBAYCAN)
“Apollon” (Kipr) – “QƏBƏLƏ” (AZƏRBAYCAN)
AİK (İsveç) - “Atromitos” (Yunanıstan)
“Vest Hem” (İngiltərə) – “Astra” (Rumıniya)
“Volfsberger” (Avstriya) - “Borussiya” (Dortmund, Almaniya)
“Standard” (Belçika) – “Jelezniçar” (Bosniya və Herseqovina)
“Altax” (Avstriya) - “Vitoriya” (Portuqaliya)
“Krasnodar” (Rusiya) – “Slovan” (Slovakiya)
“Hayduk” (Xorvatiya) – “Stromsqodset” (Norveç)
“Rabotniçki” (Makedoniya) – “Trabzonspor” (Türkiyə)
“Brondbü” (Danimarka) – “Omoniya” (Kipr)
“Sauthempton” (İngiltərə) - “Vitess” (Hollandiya)
“Şturm” (Avstriya) - “Rubin” (Rusiya)
“Şarlerua” (Belçika) - “Zarya” (Ukrayna)
“Sampdoriya” (İtaliya) – “Voyvodina” (Serbiya)
"Kukesi" (Albaniya) - "Legiya" (Polşa)
“Yablonets” (Çexiya) – “Kopenhagen” (Danimarka)
“Tırqu Mureş” (Rumıniya) - “Sent-Etyenn” (Fransa)
“Belenenseş” (Portuqaliya) – “Höteborq” (İsveç)
“Slovan” (Çexiya) - “Hapoel” (Kiryat-Şmona, İsrail)
“Tyun” (İsveçrə) – “Vaduts” (Lixtenşteyn)
“Elfsborq” (İsveç) – “Odd Qrenland” (Norveç)