Xəbərlər

Gənclər Fondu 7-ci qrant müsabiqəsinin nəticələrini müzakirə edib
24 iyul, 2015 10:20

Gənclər Fondundan Gün.Az-a verilən məlumata görə, toplantının gündəliyinə 7-ci qrant müsabiqəsinə yekun vurulması, ilin birinci yarısında gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının təmin edilməsi istiqamətində görülmüş işlərin müzakirəsi və s. məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 7-ci müsabiqə çərçivəsində Fonda təqdim olunmuş layihələr barədə məlumat verərək bildirib ki, 2015-ci il mayın 1-dən iyunun 1-dək Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatları “A” (yerli layihələr) və “B” (beynəlxalq layihələr) kateqoriyaları, 16-29 yaş həddində olan fiziki şəxslər isə “C” (fərdi layihələr) kateqoriyası üzrə Fonda 1126 layihə  göndəriblər.

Onun sözlərinə görə, texniki ekspertizanın nəticələri ilə bağlı hər bir layihə haqqında arayış hazırlanmış və Müşahidə Şurasına təqdim edilmişdir. Ətraflı müzakirələr nəticəsində Müşahidə Şurasının üzvləri “A” kateqoriyası üzrə  164 layihədən 111-nin, “B” kateqoriyası üzrə 16 layihədən 7-nin, “C” kateqoriyası üzrə  946 layihədən 350-nin dəstəklənməsini məqsədəuyğun sayıblar. 468 layihənin maliyyələşdirilməsi üçün 2.562.800 manat məbləğində vəsaitin ayrılması qərara alınıb (həmin layihələrin siyahısı 2015-ci il iyulun 24-də Fondun rəsmi internet səhifəsində yerləşdiriləcəkdir).

İclasda qeyd edilib ki, fəaliyyət göstərdiyi 3 il yarım müddətində Fond ümumilikdə 2333 layihəyə dəstək verib və onların reallaşdırılması üçün 13,5 milyon manatdan artıq vəsait ayırıb. Fondun xətti ilə maliyyələşdirilmiş layihələr, ilk növbədə, intellektual  yarışların, festival  və olimpiadaların keçirilməsinə, incəsənətin müxtəlif  sahələri üzrə müsabiqə və sərgilərin təşkilinə, gənc sahibkar və fermerlərin bacarıqlarının artırılmasına, xüsusi qayğıya ehtiyacı olan gənclərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının genişləndirilməsinə, ictimai davranış qaydalarının təbliğinə, yeniyetmələrin  vətənpərvərlik ruhunda tərbiyəsinə və fiziki inkişafına, Azərbaycan reallıqlarının və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönəlib.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev 2015-ci ilin birinci yarısında “D” kateqoriyası üzrə (beynəlxalq tədbirlərdə iştirak qrantları) maliyyələşdirilmiş səfərlər barədə məlumat verib. O bildirib ki, 6 ay ərzində 27 gəncin xarici ölkələrdə keçirilən konfrans, təlim, seminar, simpozium, müsabiqə, festival, olimpiada və sərgilərdə iştirakına şərait yaradılıb, bu məqsədlə 23,8 min manatdan artıq vəsait ayrılıb.

İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri – gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Cavid Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, baş mühasibi Elmar Talıblı və sektor müdiri Orxan Ərəbov iştirak ediblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.