Türk əsgərləri ilə “İŞİD”çilər arasında atışma baş verib
24 iyul, 2015 10:16
Anadolu Agentliyinə istinadən məlumatına görə, hadisədən sonra Türkiyə-Suriya sərhədinin qarşı tərəfindəki hədəflər atəşə tutulub.
Kilis şəhərinin meri Süleyman Tapsız mətbuata açıqlamasında bildirib ki, Suriyada İŞİD terror qruplaşmasının nəzarətində olan bölgədən açılan atəşə dərhal cavab verilib. Məlumata görə, Türkiyə tərəfindən açılan atəş nəticəsində bir terrorçu məhv edilib.