Xəbərlər

Azərbaycan Konqreslər Bürosu yeni mobil proqram təminatını təqdim edib
24 iyul, 2015 10:13
Nazirliyə istinadən xəbər verir ki, mobil proqram təminatı Büronun yardımçı üzvlərindən olan (Affiliate Member) “EventPlatform” tərəfindən hazırlanıb.
 
Event Platform korporativ tədbirlər üçün maraqlı və effektiv texnologiyalar hazırlayır. Şirkətin məhsulları konfrans, forum, təlim proqramları və s. tədbirlərin daha effektiv təşkil olunmasında böyük rol oynayır. “EventPlatform” texnologiyaları dünyanın 40-a yaxın ölkəsində baş tutan 600-dən çox tədbirdə istifadə olunub.
 
Yeni mobil proqram istifadəçilərə Azərbaycanın turizm sahəsi, xüsusən də görüş məkanları, mehmanxanalar və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər və onların xidmətləri haqqında məlumatları asanlıqla əldə etməyə imkan verir. Proqram “Azərbaycan haqqında”, “Görüşlər Sənayesi Təchizatçıları”, “Bağlılıq”, “AzCB Dəstək Xidməti”, “Istinadlar” və “Bizimlə əlaqə” olmaqla, 6 kateqoriyada məlumat təqdim edir. 
 
Yüksək standartlara cavab verən və tam rahat istifadəyə imkan yaradan bu mobil proqram həmçinin ölkənin müxtəlif güşələrindən olan fotolar da təqdim edir ki, burada məqsəd mühüm tədbirlərə ev sahibliyi edən Azərbaycanın bu sahədəki böyük potensialını təqdim etməkdir.
 
Mobil proqramın yüksək funksionallığını təmin edən xüsusiyyətlərdən biri də, “Bizimlə əlaqə” interaktiv funksiyasıdır. Bu funksiya sayəsində Büroya real vaxt rejimində təklif üçün sorğuların göndərilməsi mümkündür.
 
Bu mobil proqram sistemi iOS və ya Android tərəfindən dəstəklənən cihazlara yüklənilə bilər. Proqramı yükləmək üçün "App Store" və "Google Play"-də "Azerbaijan Meeting Planners" axtarışını verin.
 
2013-cü ildə yaradılan Büronun fəaliyyətinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəmizi beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması və digər bu kimi biznes əhəmiyyətli işlər daxildir.
 
Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir. Belə bir ittifaq ölkənin Görüşlər Sənayesi bazarında işləyən təşkilat və müəssisələri bir araya gətirərək onların inkişafına və regional oyunçulara çevrilməsinə yardımçı olacaq.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.