Xəbərlər

Qənirə Paşayeva Türkçe Konuşan Ülkeler Gazeteciler Cəmiyyətinin başqanı ilə görüşüb
21 iyul, 2015 10:58

Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ilk dəfə ölkəmizə səfər edən Türkçe Konuşan Ülkeler Gazeteciler Cəmiyyətinin başqanı Güngör Yavuzaslanla görüşüb.  

Millət vəkili Qənirə Paşayeva Türkçe Konuşan Ülkeler Gazeteciler Cəmiyyətinin başqanını Azərbaycana səfərini, Şəhidlər Xiyabanı, Türk Şəhidliyi, Fəxri Xiyaban, Xocalı Soyqırımı abidəsini ziyarət etməsini, Güllələnmiş heykəllərlə yanaşı qədim İçərişəhər, Tarix, Xalça muzeyləri, Atəşgah və Qobustanla tanış olmasını, şəhərimizi daha yaxından tanımasını çox önəmli adlandırıb və inanırıq ki, çəkdiyiniz görüntülərlə Azərbaycan haqqında bir neçə veriliş və sənədli filmlər hazırlayaraq Azərbaycanı Türk dünyasına daha da geniş tanıtmaq istiqamətində fəallığınızı daha da artıracaqsınız deyib. 

Türkçe Konuşan Ülkeler Gazeteciler Cəmiyyətinin başqanı Güngör Yavuzarslana hər zaman Qarabağla bağlı yazdığı yazılar, etdiyi çıxışlarla Azərbaycanın yanında olduğu üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva onun azərbaycanlı qaçqın və məcburi köçkünlərlə, bir sıra rəsmi şəxslər və QHT rəhbərləri, ziyalılarla görüş və müzakirələrinin Türkçe Konuşan Ülkeler Gazeteciler Cəmiyyəti ilə Azərbaycan təşkilatları arasında əməkdaşlığın daha da genişlənməsinə öz töhfəsini verəcəyini deyib.

Görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı  ilə bağlı fikirlərini bildirən və sualları cavablandıran millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi ilə bağlı daha geniş söhbət açıb. Millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verərək bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin,  Ermənistanın törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. 

“Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” –deyən millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının  alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.  

Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir" fikirlərini vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir. Hər məsələdə münasibətlərimiz o qədər güclənməlidir ki, bir-birimizə o qədər bağlanmalıyıq ki, hər hansı bir qüvvə bizi bir-birimizdən ayıra bilməsin”.O, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Qəzetəçiler birliklərinin, jurnalist təşkilatlarının, KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb. 

Türkçe Konuşan Ülkeler Gazeteciler Cəmiyyətinin başqanı Güngör Yavuzaslan Azərbaycanı çox sevdiyini , öz fəaliyyətində daim Azərbaycana həssas yanaşdığını  və Azərbaycan həqiqətlərinin yayılmasına dəstək verdiyini deyərək millət vəkilinin bu işlərin daha da genişlənməsinə böyük ehtiyac olması fikri ilə razılaşaraq bu istiqamətdə özü və rəhbərlik etdiyi qurumun səylərini daha da artıracaqlarını deyib. 

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva  Türkçe Konuşan Ülkeler Gazeteciler Cəmiyyətinin başqanı Güngör Yavuzaslana Azərbaycanın tarixi,  mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən  kitabları ,matreialları , həmmüəllifi olduğu və Türkiyə türkcəsində çap olunmuş “Hocalı Soykırımı tanıkların dilindən”,"Karabağ hikayeleri" kitablarını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin  hazırladığı   “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu  və Azərbaycan bayrağını  hədiyyə edib. 

Qarabağın Azərbaycan musiqisində oynadığı böyük  rol və yerdən  danışan millət vəkili  Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu kataloqunu da təqdim edib və Türkçe Konuşan Ülkeler Gazeteciler Cəmiyyətinin rəhbərini maraqlandıran sualları cavablandırıb. G.Yavuzaslan da millət vəkili Qənirə Paşayeva özünün Qarabağla bağlı yazdığı yazılar olan kitablarını hədiyyə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.