Xəbərlər

Orta məktəblərdə Azərbaycan dilinə münasibət – Problem nədədir?
15 iyul, 2015 15:02
Bu barədə  yayılmış məlumatda əks olunan rəqəmlər orta məktəblərin rus bölmələrində təhsil alan şagirdlərin Azərbaycan dili fənnindən hazırlıqlarının çox aşağı səviyyədə olduğunu üzə çıxardı.
 
Həmin məlumata əsasən, Bakı və Naxçıvan şəhərləri üzrə rus bölməsinin 1782 məzunundan 783 (!) nəfəri imtahana gəlməyib. Bir nəfər isə qaydalara riayət etmədiyi üçün imtahandan xaric olunub və onun nəticələri ləğv edilib.
 
Qeyd olunub ki, imtahanda iştirak etmiş 998 məzundan yalnız 494-i minimum bal həddini keçərək “məqbul” qiymət alıb. Bu isə o deməkdir ki, imtahanda iştirak etmiş abituriyentlərin yarısından çoxu – 504 nəfəri 2015-16-cı tədris ili üçün ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak hüququ qazana bilməyib.
 
Maraqlıdır, ölkədə uzun müddətdir, hakim olan stereotiplərdən biri də rus bölməsində tədrisin səviyyəsinin Azərbaycan bölməsi ilə müqayisədə yüksək olması ilə bağlıdır.
 
Bir çox valideynlər hesab edirdilər ki, övladlarını rus bölmələrində oxutmaqla, onların daha mükəmməl təhsil almalarına şərait yaradırlar.
 
Lakin haqqında bəhs olunan imtahan nəticələri göstərdi ki, paytaxt Bakıda və Naxçıvanda rus bölmələri məzunlarının əksəriyyətinin bilik səviyyələri bu stereotipi alt-üst edir.
 
Hər halda, adıçəkilən şəhərlərin builki rus bölməsi məzunlarının yarısının imtahana gəlməsi, biliyini sınayanlarınsa yarıdan çoxunun ali məktəblərə imtahan vermək hüququ əldə edə bilməmələri reallığı ən bariz formada əks etdirir.
 
Bu vəziyyət rus bölmələrində Azərbaycan dili fənninin tədrisi ilə bağlı ortaya ciddi suallar çıxarır. Problem nədədir? Rus bölməsində Azərbaycan dilinə münasibət və tədris tələb olunan səviyyədə deyil, yoxsa məsələ sadəcə, şagirdlərin təhsilə biganə yanaşmasındadır?
 
Mövzu ilə bağlı Gün.Az-a danışan İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı hesab edir ki, bu, dövlət səviyyəsində ciddi müdaxiləyə ehtiyac olan kifayət qədər aktual problemdir:
 
“Bu problem həqiqətən, çox ciddi məsələdir və ağrılı yerlərimizdən biridir. Təəssüf ki, Azərbaycanın müstəqilliyinin bərpasından iyirmi dörd il keçməsinə baxmayaraq, bu problem hələ də aktuallığını saxlamaqdadır.
 
Amma onu da xatırlatmaq lazımdır ki, müstəqilliyin ilk dövrlərində dövlət müəssisələrində çalışan və Azərbaycan dilini bilməyən işçilər üçün Ədliyyə Nazirliyinin nəzdində xüsusi kurslar yaradılmışdı.
 
Dövlət dilini bilməyən məmur və digər qulluqçular da o kurslara gedib Azərbaycan dilini öyrənirdilər. Lakin sonralar nədənsə, bu işdə də boşluq yarandı və dövlət dilini bilməyənlərdə belə qənaət yarandı ki, onlar Azərbaycan dilini bilmədən də işləyə bilərlər.
 
Bunun nəticəsidir ki, bir çox xarici şirkətlərdə, o cümlədən yerli özəl şirkətlərdə çalışan müəyyən nisbətdə işçilər dövlət dilini bilmirlər və öyrənməyə də səy göstərmirlər.
 
Belə bir münasibət orta məktəblərin rus bölmələrinə də sirayət edir. Ümumiyyətlə isə doğma dilə münasiət ailənin özündən başlamalı və məktəblərdə, digər müəssisələrdə inkişaf etməlidir. Orta məktəblərin rus bölməsində də əsas diqqət tədrislə yanaşı, dövlət dilinə münasibətin yüksəldilməsinə yönəldilməlidir.   
 
Ancaq qeyd etdiyim məqamlar bu sahədə boşluqların yaranmasına gətirib çıxarıb. Həm də Azərbaycan dilinə belə yolverilməz münasibət orta məktəblərlə məhdudlaşmır, universitetlərdə demək olar ki, eyni vəziyyət hökm sürür.
 
Azərbaycan dilinin inkişafı üçün prezident sərəncamları və müvafiq qanunlar qəbul edilsə də, onların işləkliyinin təmin olunmasında problemlər var. Bu məsələlərə diqqət yetirilməlidir.
 
Ümumiyyətlə, tək dövlət dili deyil, Aəzrbaycan tarixinə, onun tədrisinə də münasibət ürəkaçan səviyyədə deyil. Mən xatırlayıram, Bəxtiyar Vahabzadənin oğlu, bir neçə ölkədə səfir işləmiş İsfəndiyar Vahabzadə öz müsahibəsində demişdi ki, diplomatlarımızın əksəriyyəti Azərbaycan dilini bilmir.
 
Əvəzində isə dövlət dilini və ölkəsinin tarixini bilməyənlər milli təəssübkeşliyi olan bacarıqlı həmvətənlərimizlə müqayisədə daha irəli gedə bilirlər.
 
Ona görə də, istər orta və ali məktəblərdə, istərsə də rəsmi, ya özəl qurumlarda dövlət dili ilə bağlı tələbkarlığın artırılmasına, sərtləşdirilməsinə ciddi zərurət var”.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.