Azərbaycan prezidenti monteneqrolu həmkarını təbrik edib
13 iyul, 2015 17:14
AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Monteneqro əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və rifah diləyirəm".