Xəbərlər

“Barselona”-“Sevilya” oyununun biletlərinin satışına başlanılıb
13 iyul, 2015 17:12

İyulun 12-də səhər saat 9:00-da Mixeil Mesxi stadionundakı kassalarda biletlərin satışına başlanılıb.

Yerli azarkeşlər iyulun 10-dan Tbilisinin mərkəzindəki Vake istirahət parkında növbəyə yazılıblar.

Gün.Az AZƏRTAC-a istinadən xəbər verir ki, insanlar artıq hər biri 50 nəfərdən ibarət olmaqla 150 qrupda növbəyə yazılıblar. Azarkeşlər siyahı əsasında avtobuslarla parkdan stadiona gətirilirlər.

Hər bir vətəndaş şəxsiyyət vəsiqəsi ilə 4 bilet ala bilər.

Bilet ala və ya növbəyə dayana bilməyən vətəndaşlar isə Gürcüstan Futbol Federasiyasının qarşısında etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, “Barselova”-“Sevilya” qarşılaşmasına biletlər əvvəlcə bileti.ge portalında satışa çıxarılmışdı. Lakin, saytda bilet satışında ciddi problem yarandığı üçün, UEFA Gürcüstan Futbol Federasiyasına ciddi xəbərdarlıq etmişdir. Bundan sonra biletlərin kassalardan satılması qərara alınıb.

Avqustun 11-də paytaxtdakı “Dinamo-Arena” stadionunda keçiriləcək oyunda Gürcüstan vətəndaşları üçün 22 min bilet nəzərdə tutulub və iyulun 12-də günorta saatlarına qədər 600-dən çox insana 3000-nə yaxın bilet satılıb.

Biletlərin qiyməti yerindən və kateqoriyasından asılı olaraq 18, 35 və 70 laridir.

Kassaların qarşısında növbəyə dayanan xarici ölkə vətəndaşları bilet ala bilməyiblər.

Polis stadionun qarşısında və parkda gücləndirilmiş iş rejimində çalışır.

“Barselona” klubunun nümayəndələri “Tbilisi Marriott” otelində yerləşəcək. Katoloniya klubu Mixail Mesxi stadionda məşqə çıxacaq.

“Sevilya” isə “Holiday Inn” hotelində yerləşəcək. Komanda məşqini “Dinamo” akademiyasının stadionunda keçəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.