Xəbərlər

ATU əməkdaşlarına müalicə əhəmiyyətli istirahət mərkəzlərində dincəlmək üçün 42 yol vərəqəsi verilib
13 iyul, 2015 17:09
Gərgin zehni işdən, xüsusi fiziki güc tələb edən əmək fəaliyyətindən sonra mənalı istirahətə ciddi ehtiyac yaranır. Orta və ali təhsil müəssisələrində tədris ilinin məhz bu mövsümdə başa çatması da istirahət məsələsinin aktuallığını xeyli artırır.
 
Ölkəmizin ən nüfuzlu ali məktəblərindən biri olan Azərbaycan Tibb Universitetində (ATU) də əməkdaşların istirahəti daim diqqət mərkəzində saxlanılır. ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımovun sözlərinə görə, universitet əməkdaşlarının və tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə kifayət qədər vəsait ayrılıb. Komitə sədri hazırda əsas diqqətin əməkdaşların istirahətinə yönəldiyini deyib: “Bilirsiniz ki, Tibb Universitetinin Nabran istirahət zonasında “Təbib” istirahət düşərgəsi fəaliyyət göstərir. Yay dövründə əməkdaşların istirahətindən söhbət gedəndə ilk yada düşən də bu istirahət düşərgəsi olur. İstirahət mərkəzində aprelin 1-dən aparılan təmir-tikinti işləri iyunun 30-da tamamlanıb.
 
Belə ki, 10 otağın döşəməsi dəyişdirilib və bütün otaqların daxili görkəmi, fasadı təzələnib. Ən böyük problemimiz çarpayıların çatışmaması idi. Hörmətli rektorumuz akademik Əhliman Əmiraslanovun köməyi ilə istirahət düşərgəsi üçün 80 çarpayı ayrıldı. Bundan əlavə böyük ekranlı yeni televizor, 100 ədəd döşəkağı, 50 dəst yastıq, 3 ədəd soyuducu və kifayət qədər mətbəx avadanlıqları alınıb”.
“Təbib” istirahət düşərgəsində istirahətin  3 mərhələli olduğunu söyləyən C. Qasımov 1-ci mərhələnin iyulun 11-dən başlandığını, 3-cü mərhələnin isə avqustun 26-da sona çatacağını bildirib: “Hər növbə 15 gündən ibarətdir. Bir növbədə 45 ailə, yəni 180 nəfər, ümumilikdə isə 135 ailə - 540 nəfər universitet əməkdaşı dincəlir və onlar gündə 3 dəfə keyfiyyətli yeməklə təmin olunurlar. İstirahətçilərin asudə vaxtlarının təşkili üçün düşərgədə idman avadanlıqları quraşdırılıb. Xüsusilə uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Gündə 2 dəfə dəniz gəzintisi təşkil edilir, idman yarışları keçirilir və qaliblər mükafatlandırılır. Onu da deyim ki, 15 günlük istirahət əməkdaşlarımıza çox ucuz başa gəlir. Bir nəfər hər gün üçün cəmi 2 manat 66 qəpik ödəyir. Qalan məbləğ isə Həmkarlar İttifaqının vəsaiti hesabına ödənir”.
 
C.Qasımov təkcə Nabranda deyil, respublikamızın müalicə əhəmiyyətli digər istirahət mərkəzlərində dincəlmək üçün də əməkdaşlara 42 yol vərəqəsinin verildiyini deyib. Bildirib ki, bu mövsümdə əməkdaşlar daha çox Nabrandakı “Xan çinar”, Qaxdakı “Şəfa” istirahət mərkəzlərində, Naftalanda, “Bilgəh” kardioloji, “Abşeron” mədə-bağırsaq, “Qaranquş” uroloji və “Naftalan” sanatoriyalarında müalicə almağa və dincəlməyə üstünlük veriblər.
 
Əməkdaşımızla söhbətində akademik Əhliman Əmiraslanovun tapşırığı ilə tez-tez Nabrana ezam olunduqlarını, istirahət edənlərin arzu və təkliflərini dinlədiklərini deyən C.Qasımov gələcəkdə professor-müəllim heyətinin, tibbi personalın istirahət şəraitinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atılacağanı vurğulayıb.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.