Xoruz döyüşdürən 5 nəfər həbs olunub
13 iyul, 2015 17:08
“Posta” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Zonguldak bölgəsindəki Ereğli qəsəbəsində fəaliyyət göstərən Quşları Qoruma Dərnəyinə məxsus məkanda xoruz döyüşü təşkil etməkdə şübhəli bilinən 5 nəfər tutulub.
Ən maraqlısı budur ki, çübhəli şəxslərlə birlikdə döyüşdürülən 9 xoruz da polisə aparılıb.
Məlumata görə, xüsusi siqnal əsasında onlara verilən ünvanda qəfil əməliyyat keçirən polislər orada xoruz döyüşü rinqi və tamaşaçıların əyləşməsi üçün mini-tribunalar quraşdırıldığını aşkarlayıblar.
İlkin təhqiqatdan sonra aralarında Dərnək rəhbərliyində təmsil olunan şəxslərin də olduğu 20 nəfərə 208 lirə cərimə kəsilib.
Qanunsuz mərc oyunu təşkil etməkdə günahlandırılan 5 nəfər, o cümlədən 9 xoruz isə polisə aparılıb.
Daha sonra xoruzların meşə-təsərrüfat idaresinə veriləcəyi açıqlanıb.