Xəbərlər

Baş nazirin xanımı Azərbaycan mətbəxindən yazıb
10 iyul, 2015 15:03
Ölkəmizin Macarıstandakı səfirliyindən verilən məlumata görə, məqalədə Azərbaycanın tarixi və coğrafi mövqeyi ilə bağlı qısa məlumat verilib, milli mətbəx nümunələrinin zənginliyi, süfrə mədəniyyəti, xalqımızın qonaqpərvərliyi və digər məsələlər müfəssəl şəkildə işıqlandırılıb.
 
Müəllif tərəfindən ölkəmizin gözəl təbiətinin mədəni zənginliyə, mətbəx nümunələrinin çeşidliliyinə təsiri xüsusi ilə vurğulanıb. Məqalədə həmçinin, Azərbaycanda çay mədəniyyəti, çayın xüsusi hazırlanması qaydaları və süfrəyə gətirilməsi prosesi barədə geniş məlumat verilib.
 
Qeyd edək ki, hər sayı maraqla qarşılanan bu jurnal oxucularını təkcə Macarıstanın deyil, həm də ayrı-ayrı ölkələrin kulinariya mədəniyyəti ilə yaxından tanış edir. Bu baxımdan jurnal özünəməxsusluğu, çoxçeşidliliyi və zənginliyi ilə tanınan Azərbaycan mətbəxinə dair xüsusi buraxılışın hazırlanmasında maraqlı olub.
 
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevlə görüşündə jurnalın redaktoru, Macarıstan baş nazirinin xanımı Aniko Levai bildirib ki, son illər iki ölkə arasında əlaqələrin genişlənməsi, habelə Azərbaycanın mədəniyyəti, mətbəxi, turizm imkanları ilə tanışlıq istəyi onda bu səfərin baş tutmasına marağı daha da artırıb.
 
Bu məqsədlə xanım Levai mayın birinci ongünlüyündə Azərbaycanda səfərdə olub, Naxçıvan, Gəncə və Qəbələyə yollanıb, ölkəmiz haqqında geniş və hərtərəfli məlumat əldə edib.
 
Xanım Levai səfərdən qayıtdıqdan sonra Azərbaycan səfirliyinə məktub ünvanlayıb, ölkəmizdə olduğu günlərdə böyük diqqət və qonaqpərvərliklə qarşılandığına, həmçinin səfərin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna, şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya səmimi təşəkkürlərini çatdırıb.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.