Xəbərlər

Yol mədəniyyəti təbliğ olunur
10 iyul, 2015 15:02
Ictimai birliyin mətbuat katibliyindən verilən xəbərə əsasən, layihə Bakı və regionlarda yerli əhali, xüsusilə gənclər tərəfindən yol mədəniyyətinin təbliğ olunması və bu sahədə baş verən çatışmamazlıqların aradan qaldırılmasında onların imkanlarından istifadə edilməsini nəzərdə tutur.
 
Layihənin əsas məqsədi paytaxtda vətəndaşların yol təhlükəsizlik tədbirlərinə ciddi əməl etmələrini təşviq etməyə və yol mədəniyyətinin inkişaf etdirilməsinə yönəlib.
 
Vətəndaş cəmiyyətinin mövcud olması üçün sağlam vətəndaş və təhlükəsiz mühitin olması labüddür. Bu baxımdan sözügedən layihə insanlarda sağlam mühitin formalaşmasını və təhlükəsiz həyatın aşılanmasını nəzərdə tutur.
 
Bu layihə yerli əhalidə vətəndaş məsuliyyətinin formalaşdırılmasına dəstək verməklə yanaşı, yol mədəniyyətinin inkişafında aktiv olmağa edilən çağırışdır.
 
Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində icra olunana layihə çərçivəsində yol mədəniyyətinin inkişafı və yol təhlükəsizliyi haqqında maarifləndirmə tədbirləri,  ictimai aksiyalar təşkil olunub.
 
Tədbirlərdə yerli əhali, əsasən gənclər iştirak ediblər. İştirakçılar ilk dəfə olaraq ölkəmizdə keçirlən Avropa Oyunları və Azərbaycana gələn xeyli sayda əcnəbi qonaqların və turistlərin bizim yol mədəniyyətimizin, yollardakı qaydalara düzgün və nizamlı əməl olunmasının şahidi olduqları və bunun da ölkəmiz haqqında müsbət fikir formalaşmasında ciddi rol oynadığı haqqında məlumatlandırılıblar. 
 
Layihə çərçivəsində yol mədəniyyətinin inkişafının təbliğatı məqsədilə velosiped yürüşləri və sosial şəbəkələrdə aksiyalar təşkil edilib. Bu tədbirlərdə əsasən gənclər iştirak ediblər. Tədbirlər gənclərlə yanaşı, yerli əhalinin də böyük marağına səbəb olub. Onlar təşkil edilən bu ictimai aksiyalar vasitəsilə yol təhlükəsizliyi və yol mədəniyyəti haqqında məlumatlanıblar.
 
Qeyd edək ki, BMT-nin 2011-2020-ci illər üzrə Qlobal Yol Təhlükəsizliyi tədbirlərində Azərbaycanın aktiv rolunun təbliğ edilməsi məqsədilə Birlik tərəfindən əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.  
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.