Fransada qadın gecə vaxtı ictimai nəqliyyatın marşrutunun dəyişdirilməsini tələb edə bilər
10 iyul, 2015 15:01
Vatan qəzetinə istinadən xəbər verir ki, Fransa hökuməti ictimai nəqliyyatda qadınlara təcavüz hallarının artmasından sonra müəyyən qərarlar qəbul etməli olub.
Məlumata görə, bu çərçivədə cinsi ayrı-seçkiliyi təbliğ edən plakatların yerləşdirilməsinə imkan verilməyəcək.
Bundan başqa, ictimai nəqliyyatın gecə saatlarında hərəkəti zamanı da yeni qaydalar təsdiqlənib.
Fransanın qadınlarla iş üzrə dövlət naziri Paskal Boistadın hazırlayıb təqdim etdiyi qaydalar maraq doğurub:
- Gecə saatlarında hərəkət edən ictimai nəqliyyatın marşrutu qadının tələbi ilə dəyişdirilə bilər;
- İctimai nəqliyyatda işləyən sürücülər qadın sərnişinlərin avtobusdan düşdükdən sonra ən az piyada gedəcəkləri yerlərdən keçməlidir;
- İctimai nəqliyyatda təcavüzə məruz qalan qalan qadınların yaradılan “Qaynar xətt”ə qısa mesajla qoşulmaları və yardım istəmələri təmin olunacaq.
Eyni zamanda, ictimai nəqliyyatda qadınlara təcavüz edən şəxslərin 5 il azadlıqdan məhrum edilməsi və ya 75 min avro məbləğində cərimələnməsi də nəzərdə tutulur.