Arxeologiya günü münasibətilə şeir müsabiqəsi
09 iyul, 2015 16:13
Təşkilatdan Gün.Az-a verilən məlumata görə, şərtə görə şeirlər mövzu baxımından arxeologiya ilə bağlı olmalı, maraqlı və zəngin sözlərlə ifadə olunmalıdır.
Həmçinin, arxeologiyaya aid terminlər də istifadə edilə bilər. Şeir müsabiqəsinə qatılanlar arasında yaş məhdudiyyəti yoxdur.
Müsabiqəyə qatılmaq istəyənlər öz şeirlərini 10 gün ərizində 9 iyul tarixindən 19 iyul tarixinə qədər [email protected] və ya [email protected] ünvanına yollaya bilər.
Qeyd edək ki, qalib şairin şeiri Ağsu Arxeologiya Festivalında səslənəcək.
Həmin şeirə tezliklə mahnı bəstələnəcək.