Xəbərlər

“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək
09 iyul, 2015 16:12
IDEA-dan Gün.Az-a verilən məlumata görə, “Uşaqlar üçün laboratoriya”nın İyul təlimi su və onun xüsusiyyətləri, qorunması, vacibliyi mövzusuna həsr olunacaq.
 
Belə ki, təlim zamanı uşaqlara su və suyun xüsusiyyətləri, onun Yer kürəsi üçün vacibliyi, insan orqanizmi və ümumiyyətlə canlı aləm üçün nə qədər mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumatlar çatdırılacaq, həmçinin “kiçik ekoloqlara” suyun qorunması və ona qənaət edilməsi, onun təmiz saxlanması yolları izah ediləcək.
 
Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində iştirak edəcək, şüşə su qabının içərisində meduza, fincanın içərisində göyqurşağı, həmçinin lava lampası hazırlamağı öyrənəcəklər. “Eko laboratoriya”nın iştirakçıları təlimçilərin köməyilə öz su aləmlərini yaradacaq və sabun köpükləri düzəldərək açıq havada əylənəcəklər.
 
İyul laboratoriyası uşaqlara ətraf mühitin əsas elementlərindən olan su və onun xüsusiyyətləri ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də  onlarda kiçik yaşlarından suyun vacibliyi və ona qənaətlə bağlı təsəvvür yaratmaq baxımından faydalı olacaq.
 
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlər IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlaya bilərlər.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.