“TRT”-nin Bakı təmsilciliyinin rəhbəri Yıldıray Arslanın Gün.Az-a verdiyi məlumata əsasən, filmin çəkilişlərinə iyunun 2-dən start verilib. İyulun 12-ə kimi davam edəcək çəkilişlər Bakı, Nargin adası və Gəncədə aparılır.
Sənədli film, Birinci Dünya müharibəsində Nargin adasında Rusiya ordusu tərəfindən əsir götürülən Osmanlı əskərləri və bu əsirlərə kömək əlini uzadan Azərbaycanlılardan bəhs edəcək.
“TRT” sənədli filmin ərsəyə gəlməsində göstərdikləri köməyə görə başda Azərbaycanın rəsmi qurumları Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası Tarix İnstitutu, həmçinin AzTv-yə, ümumiyyətlə, əməyi keçən hər kəsə minnətdarlığını bildirir.
Yıldıray Arslan “İnaniriq ki, bu sənədli film Azərbaycan və Türkiyənin ortaq şanlı tarixinin bir parçası olacaq” – deyə bildirib.