Ermənistanda etirazçılar iyulun 9-da hərəkətə keçəcəklər
08 iyul, 2015 16:17
“Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, bunu etiraz aksiyasının koordinasiya qrupunun üzvü David Sanasaryandeyib.
Onun sözlərinə görə, iyulun 9-na təyin edilmiş mitinqdən sonra onlar hərəkətə keçəcəklər. Ancaq hələlik hansı küçəni bağlayacaqlarını dəqiqləşdirməyiblər. Sanasaryan deyib ki, buna xalq qərar verəcək:
“Hakimiyyət “İrəli addım” kampaniyasının qarşısını almağa cəhd etdi. Amma əmin olun ki, bu kampaniya dayanmayıb və və biz bir addım irəli gedəcəyik”.
Xatırladaq ki, Ermənistanda elektrik enerji tariflərinin bahalaşmasına etiraz olaraq iyunun 19-da aksiyalar başlamışdı. Polis iyunun 23-də aksiyanı amansızlıqla dağıdıb.