Xəbərlər

Bu yay Yunanıstanda istirahət etmək istəyənlər üçün vacib məsləhətlər
08 iyul, 2015 16:16

Yunanıstan adaları passiv istirahət xoşlayan insanlar üçün daim cəlbedici olub. 

Gözəl mənzərələr, dəniz, qumlu sahil – yay istirahəti üçün bundan gözəl nə ola bilər ki? Bir əmma olmasaydı. O da, bu il Yunanıstanda yaranan problemlə bağlıdır. Bu ölkənin Avropa İttifaqına kreditlərini qaytarmaq istəməməsi səbəbindən yaranan maliyyə böhranı bir çoxlarını qədim Ellada torpağına istirahətə getməkdən çəkindirir. 

Həqiqətənmi, turistlər üçün bu ölkə bu il qorxuludur? Gün.Az olaraq təqdim edəcəyimiz materialda bəzi suallara cavab tapmağa çalışacağıq. 

BBC radiosunun rus xidməti Yunanıstana səfər edənlərə maraqlı məsləhətlərlə çıxış edib. 

Bank kartları ilə ödəmələr varmı?

Belə ki, qeyd olunur ki, Rusiyanın turzim agentlikləri Yunanıstanda bank kartları ilə hesablaşmanın davam etdiyini bildirsələr də, radio turistlərdən birinə istinadla qeyd edir ki, kartlar qəbul edilmir. 

Digər bir turist bildirir ki,  mağazalar post-terminalları gizlətsələr də, bank kartları ilə ödəniş etmək mümkündür.

Bankomatlardan pul çıxarmaq mümkündürmü? 

Məlumdur ki, nağd pul çatışmamazlığı ucbatından hazırda Yunanıstanda bir günə bankomatdan 60 avro pul götürmək olar. Lakin radio bildirir ki, bu qayda turistlərə aid deyil. 

Turoperatorlar bildirirlər ki, işləyən bankomatdan pul çıxarmaq problem deyil. Problem ondadır ki, bankomatların çoxu işləmir. 

İnternet forumların birində hazırda Kritdə istirahət edən rusiyalı turistlərdən biri yazıb ki, kartın alındığı bankın icazə verdiyi miqdarda pul çıxarmaq mümkündür. 

Maşın icarəsi barədə

Qeyd olunur ki, maşın icarəsi ilə məşğul olan böyük şirkətlər fəaliyyətlərini davam etdirirlər. Bəzi turistlər bildirir ki, bununla belə şirkətlər icarə üçün yalnız nağd pul tələb edirlər. 

Digərləri qeyd edir ki, problem maşını icarəyə götürəndə yox, ona yanacaq dolduranda yarana bilər.  Kritdə dincələn turistlər bildirirlər ki, yanacaqdoldurma stansiyalarının çoxunda benzin tükənib.  

Yunanıstan avrozonanı tərk etdiyi halda ölkədə avro işləyəcək? 

Britaniyanın “Travel Money” servisinin nümayəndəsi Endrü Braun bildirir ki, Yunanıstan avrozonadan çıxmaq qərarı versə belə bu 18 ay vaxt tələb edir və bu zaman ərzində Yunanıstanda avro işləyəcək. 

Nə etmək lazımdır?

Tarixi nə etməli sualının Yunanıstanda bu yay istirahət etmək hissəsinə cavab verərkən qeyd etmək lazımdır ki, bu ölkəyə bu günlərdə səfər zamanı kifayət qədər nağd pul aparmaq lazımdır. 

Amma bu həmin yerdə qarət ehtimalını artırdığından mütəxəssislər ehtiyatlı olmağı məsləhət görürlər. 

Kartla ödəniş edərkən, məsləhət bilinir ki, bunu sizin gözünüzün qarşısında etsinlər.

Ən əsas məsləhət isə - xəbərləri izləməkdir. 

Ekspertlər nə deyir? 

İqtisadçı-ekspert Natiq Cəfərli Gün.Az-ın müvafiq sualına cavabında bildirib ki, Yunan hökumətinin qərarına əsasən bankomatlardan gün ərzində cəmi 60 avro çəkmək mümkündür. 

“Düzdür, bu qərar Yunanıstan vətəndaşlarına aiddir, amma yaxın gələcəkdə Yunanıstan məsələsinin həll olunmağına ümid olmadığına görə, ola bilər ki, belə məhdudiyyətlər diğər ölkə bankalrına aid kartlara da tədbiq edilsin. Çünki, nəğd şəklində avro banklarda çox az qalıb. Ona görə də, nəgd şəklində aparılması daha məntiqli olardı. Həm də, Yunanıstanda alış-veriş edərkən nəgd ödənişlə daha ciddi endirimlər almaq mümkündür”.

Turizm üzrə ixtisaslaşmış tele-jurnalist Azər Qəribin məhz indiki anlarda Yunanıstana səfər etmək lazımdır, fikri də maraqlıdır.  

Facebook sosial şəbəkəsindəki profilində onun qeyd etdiyinə görə, ona verilən çoxsaylı suallara cavab olaraq bildirir ki, o yaşanan böhrana baxmayaraq Yunanıstana istirahətə gedərdi. 

“Əvvəla etiraz aksiyaları kurort yerlərində deyil, böyük şəhərlərdə keçirilir. Belə şəraitdə bütün industriya hər bir turist üçün mübarizə aparır, rəqabət artır, hər bir istirahətə gələnə xüsusi diqqət ayrılır. Ən əsası, məhz belə zamanlarda həmin yerə səfərə getmək lazımdır. Qiymətlər aşağı düşür”, - A.Qərib yazıb. 

Yazmaq bizdən, nəticə çıxarıb, qərar vermək sizdən. Verdiyiniz qərara rəğmən, sizə xoş istirahətlər arzulayırıq. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.