Prezident Füzuli rayonunda yol tikintisinə 1,5 milyon manat ayırıb
06 iyul, 2015 13:49
Azərtac-a istinadən verdiyi xəbərə əsasən, dövlət başçısının imzaladığı sənəddə deyilir ki, on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,5 milyon manatı Füzuli Rayon İcra Hakimiyyətinə ayrılsın.