Elxan Məmmədov UEFA-da komitə üzvü seçilib
30 iyun, 2015 01:55
Ertv.Az-ın apasport.az-a istinadən məlumatına görə, bu gün həm də İdarəetmə və Audit Komitəsinin tərkibi müəyyənləşib.
Qitə futbol qurumu rəhbərliyinin bu məsələ ilə bağlı təklifi İcraiyyə Komitəsində geniş müzakirə olunub və üç ölkənin – Azərbaycan, Avstriya və Finlandiya Futbol Federasiyasının nümayəndəsi komitəyə üzv seçilib.
AFFA-nın baş katibi Elxan Məmmədovun da təmsil olunduğu komitənin işi UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən maliyyə məsələlərini audit edəcək, qərarların icrasını və effektivliyini mütəmadi olaraq araşdırmaqla UEFA rəhbərliyinə hesabatlar hazırlayacaq.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı