Xəbərlər

Azərbaycan Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında müqavilə imzalanıb
30 iyun, 2015 01:48

Ertv.Az xəbər verir ki, layihə sənədini Azərbaycan tərəfindən Kənd Təsərrüfatı naziri Heydər Əsədov, FAO tərəfindən Azərbaycan üzrə Nümayəndə Mustafa İmir imzalayıb.

FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində maliyyələşən və Azərbaycanda və Türkiyədə həyata keçiriləcək bu layihənin əsas məqsədi təbii sərvətlərin düzgün və vahid şəkildə idarə edilməsinin təmin olunması və kənd ərazilərində yaşayan qadınların ehtiyaclarına xidmət etməklə seçilmiş pilot ərazilərdə yaşayan kənd qadınlarının imkanlarının artırılmasından ibarətdir. Türkiyə və Azərbaycan qonşu və qardaş ölkələrdir, hökumət və özəl sektorun müxtəlif sahələrində yaxşı münasibətlərə və əməkdaşlığa malikdirlər. Hazırkı layihə, həmçinin, iki ölkə arasında bu münasibətlərin və əməkdaşlığın səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcəkdir.     

Layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin kənd qadınları üçün təlim və məsləhət xidmətlərinin göstərilməsi ilə əlaqədar imkanların artırılması, hər iki ölkənin pilot əyalətlərində yaşayan kənd qadınları üçün ehtiyaclara uyğun təlimlərin keçirilməsi vasitəsilə onların potensialının yüksəldilməsi, Türkiyə və Azərbaycanın Kənd Təsərrüfatı Nazirlikləri arasında əlaqələrin gücləndirilməsi, ən yaxşı təcrübələrin mübadiləsinin aparılması, o cümlədən aparıcı qadın fermerlərin bu ölkələrə qarşılıqlı tanışlıq səfəri, layihə və onun nəticələri barədə ictimaiyyətin məlumatlandırılması kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. 

İmzalanma mərasimi zamanı FAO ilə Azərbaycan Hökuməti arasında yaradılmış uğurlu əməkdaşlıq əlaqələri, Təşkilat tərəfindən Azərbaycanda həyata keçirilən proqram və layihələrin ölkədə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və davamlı inkişafında verdiyi töhfələr ətrafında müzakirələr aparılmış, əməkdaşlıq  əlaqələrinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanmışdır. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.