Xəbərlər

FHN Taxıl Fondu üçün buğda tədarükü elan edir
30 iyun, 2015 01:41
Bu barədə Ertv.Az-a Nazirlikdən bildirilib.
 
Qeyd olunub ki, Taxıl Fondu üçün tədarük “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman" MMC, “Karat-Holdinq”, “Karmen" MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC,  “Aveta” MMC, “Neon” firması və “EL” KM müəssisələri vasitəsilə qəbul olunacaq.
 
Qəbul iyul ayının 1-dən sentyabr ayının 1-nə kimi davam edəcək. Yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 AZN  olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul ediləcək:
 
I. Dənin naturası (bir lititlik purkalarda qramla): buğda üçün -750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün -2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə): buğda üçün - 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün - 13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq - 3-cü sinif - 23 faizdən az olmamaqla
buğda üçün - 2-ci qrupdan aşağı olmamaqla
yapışqanlığın keyfiyyəti (göstərici: 65-85)
VI.  Şüşəvarilik - 3-cü sinif buğda üçün - 40-45% hüdudlarında
VII.  İy və dad - bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad-yol verilmir
VIII.  Sürmə ilə sirayətlənmiş dənlər -yol verilmir
IX.  Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün-yol verilmir
X.  Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir
 
Qeyd olunub ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.