Prezident DİN zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzaladı
01 iyul, 2015 17:24
Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda bildirilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilsin:
polis general-leytenantı ali xüsusi rütbəsi:
polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə
polis general-mayoru ali xüsusi rütbəsi:
polis polkovniki Seyfulla Səttar oğlu Əzimova
polis polkovniki Əkbər Arif oğlu Yusifova".