Xəbərlər

Avropa Oyunları zolağından daha 10 gün istifadə etmək mümkün olmayacaq – Qərar dəyişdi
01 iyul, 2015 17:18
Ertv.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevməlumat verib.
 
Onun sözlərinə görə, avtomobillər yol nişanlarına və nişanlanma xətlərinə uyğun olaraq “Oyunlar zolağı”ndan istifadə edə biləcəklər:
 
“Hansı ərazidə ki, zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkətini qadağan edən müvafiq yol nişanları yerindədir, həmin zolaqlarla hərəkət etmək qadağandır və sürücülər bu zolaqlarda tətbiq edilən qaydalara əməl etməkdə davam etməlidirlər. Əks halda, qanuna müvafiq qaydada yenə cərimələnəcəklər”.
 
K.Əliyev həmçinin bildirib ki, Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar  Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb.
 
Şöbə rəisi qeyd edib ki, Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq tədbirlər planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir:
 
“Müzakirələr aparılır və yəqin ki, yaxın bir neçə gün ərzində qəbul olunacaq qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
 
Qeyd edək ki, 10 gündən sonra isə sarı zolaqlardan yalnız minik avtomobillərinin hərəkətinə icazə veriləcək. Yük avtomobilləri isə həmin zolağa daxil ola bilməyəcək.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.