Hesablama Palatası Neft Fondunun büdcəsinin icrası vəziyyətini yoxlayıb
01 iyul, 2015 17:14
Ertv.Az quruma istinadən xəbər verir ki, kollegiya iclasında Dövlət Neft Fondunun büdcəsinin icrası vəziyyətinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.
Eyni zamanda, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Suraxanı rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin yerli xərclərindən Quba rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin istifadəsinə dair,Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, həmçinin, İş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə Audit proqramları təsdiq edilib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı