Prezident İlham Əliyev qızıl medalı Pərviz Bağırova təqdim edib
28 iyun, 2015 15:48
Ertv.Az-ın apasport.az-a istinadən məlumatına görə, 69 kq çəki dərəcəsində finalda rusiyalı Aleksandr Besputinlə qarşılaşan təmsilçimiz rəqibindən güclü olaraq, çempion adını qazanıb.
Onun həlledici qarşılaşmasını Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.
60 kq çəki dərəcəsində birinci olan Albert Səlimov kimi, Pərviz Bağırova da qızıl medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib.
Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.