Albert Səlimova qızıl medalı prezident İlham Əliyev təqdim edib
28 iyun, 2015 15:46
Ertv.Az-ın apasport.az-a istinadən məlumatına görə, 60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn idmançımız fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.
Səlimovun fransalı boksçu Sofian Oumina ilə final görüşünü Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.
Boksçumuza qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.
Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.