Xəbərlər

Spiros Kapralos: “Avropa Oyunlarındakı bəzi məsələlər Olimpiya Oyunlarında da tətbiq edilə bilər”
28 iyun, 2015 15:44

Ertv.Az apasport.az-a istinadən məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komitəsinin, eyni zamanda Bakı-2015 I Avropa Oyunlarının koordinasiya sədri Spiros Kapralos deyib.

Kapralos bu gün təşkil edilən mətbuat konfransında təşkilatçılıqdan danışıb: “Cənab nazir Azad Rəhimova, könüllülərə dərin təşəkkürümü bildirirəm. Onlar bizə vədlər vermişdilər. Amma ondan yaxşı səviyyədə təşkilatçılıq izlədik. Oyunların uğuru, eyni zamanda innovasiyalarla bağlıdı. Bizdə hətta paralimpiya növü üzrə yarış da keçirildi. 16 idman növünün 12-də Olimpiya təsnifatları baş tutdu. Oyunların mərkəzində əlbəttə ki, idman dururdu. 

Biz insanlara göstərməyə çalışdıq ki, Azərbaycan xalqı üçün bu Oyunlar çılğın keçirildi. Növlərin birində Amerika rekordu yenilənib. Bu yarışları izləmək çox maraqlı idi. Həmçinin, yeni idman növlərində yarışlar izlədik. Sponsorlar üçün də maraqlı oldu. Gözəl açılış mərasimi oldu. Bağlanış mərasiminin də mükəmməl olacağına inanıram. Burdakı bəzi məsələlər gələcəkdə Olimpiya Oyunlarında da tətbiq edilə bilər. 50 ölkədən 42-si medal qazandı. Bu, idmanın inkişafı baxımından çox önəmlidi. 

Bəzi idmançılar ola bilsin ki, Olimpiya Oyunlarında iştirak etməyəcəklər. Amma gəlib Avropa Oyunlarında iştirak etdilər, bu təcrübəni yaşadılar. Hazırda bu Oyunların təhlilini aparırıq. Bu təşkilatçılıqdan müəyyən dərslər götürüb, gələcəkdə Olimpiya Oyunlarında tətbiq edəcəyik”.

Kapralosun sözlərinə görə, Azərbaycanın Avropa Oyunları üçün inşa edilən idman qurğularına ehtiyacı var: “Gələcəkdə də ölkədə böyük turnirlər keçiriləcək. Şahmat, cüdo üzrə yarışlar, Avro-2020-nin oyunları burda olacaq. Bu da ölkə gəncləri üçün möhtəşəm sərmayədi”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.