Xəbərlər

Patrik Hikki: "Azərbaycan qəlbimdə xoş xatirələrlə yadda qalacaq"
28 iyun, 2015 15:42

Ertv.Az-ın apasport.az-a istinadən məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki deyib.

Bu gün keçirilən mətbuat konfransında iştirak edən AOK rəhbəri təşkilatçılıqdan məmnun qaldığını deyib: “Təşkilatçılıq, qonaqpərvərlik, könüllülərin işi çox gözəl idi. Müxtəlif oyunlarda, məkanlarda olmuşam. Burda heç bir şikayət eşitməmişəm. İdmançılar xüsusilə Atletika Kəndini bəyənirlər. Azərbaycan hər zaman mənim qəlbimdə xoş xatirələrlə yadda qalacaq”.

Hikki qeyd edib ki, burdakı yarış gələcək namizədlər üçün böyük təcrübə olacaq: “II Avropa Oyunları üçün 6 namizəd ölkəmiz var. Hollandiyaya getdik, ordakı obyektlərə baxdıq. Amma siyasi qərara görə bu, baş tutmadı. Biz istəyirik ki, coğrafi tarazlıq saxlanılsın. Namizədlərin 5-i ilə danışıq aparırıq. Onlardan ikisi 2023-cü ildəki Oyunlara namizəd olmaq istəyir. Hazırda 3 ölkə ilə 2019-cu il Avropa Oyunları üçün danışıq gedir. Hesab edirəm ki, bundan sonra da Oyunlar yüksək səviyyədə davam edəcək”.

AOK prezidenti bildirib ki, Azərbaycan artıq Yay Olimpiya Oyunlarına hazırdı: “Mən buna inanıram. Artıq müxtəlif məkanlar da hazırdı. Amma Avropa Oyunlarının təşkilatçılığı bəzi ölkələri də bu yarış üçün həvəsləndirib”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.