Xəbərlər

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini qəbul edib
26 iyun, 2015 13:50

Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünü dedi və ordeni ona təqdim etdi.

İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını ifadə etdi və bundan böyük şərəf hissi duyduğunu dedi. Nizami Gəncəvini Azərbaycanın bəşəriyyətə töhfəsi kimi dəyərləndirən qonaq İsgəndəriyyə Kitabxanasının Nizami Gəncəvi ilə bağlı ərəb dilində mükəmməl bir kitab hazırladığını dedi və kitabın ilk nüsxəsini Prezident İlham Əliyevə təqdim etdi. 

İsmail Serageldin bildirdi ki, Mərkəzin məqsədi təkcə böyük siyasətçilərin görüşlərini təşkil etməkdən ibarət deyil. Əsas məqsəd həm də istənilən şəxsin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi haqqında biliklər əldə etməsinə imkan yaratmaqdan ibarətdir.

Dövlətimizin başçısı İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi İsmail Serageldinin fəaliyyətini yüksək qiymətləndirdi, Mərkəzin artıq böyük beynəlxalq instituta çevrilməsinin önəmini qeyd etdi.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.