Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə qadın voleybolçularının yarımfinal oyununu izləyib
25 iyun, 2015 13:48

Bu gün Azərbaycan yığması yarımfinalda Türkiyə millisi ilə qarşılaşıb.

Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri yarımfinal oyununu izləyiblər.

Qarşılaşmanın birinci setində türklər qalib gəldilər: 25:21. İkinci setdə 25:23 hesabı ilə üstün olan yığmamızın üzvləri üçüncü setdə qələbəni Türkiyə voleybolçularına verdilər: 25:19. Dördüncü setdə yenidən 25:23 hesabı ilə qalib gələn voleybolçularımız taybrekdə 11:15 hesabı ilə məğlub oldular. Beləliklə, Azərbaycan millisi Avropa Oyunlarında qadın voleybolçuların yarışında üçüncü yer uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, ilk qarşılaşmada Rumıniya millisini 3:0 hesabı ilə məğlub edən voleybolçularımız İtaliya komandasından da 3:1 hesabı ilə üstün olmuşdular. Sonra Belçika voleybolçularını 3:2 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan yığması dörddə bir finalda Hollandiya millisini də 3:0 hesabı ilə məğlub edə bilmişdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.