Ertv.Az xəbər verir ki, bu sözləri “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
O bildirib ki, ötən gün Heydər Əliyev adına İdman Arenasında cüdo yarışlarına start verilib. Bu gün isə velosiped idmanının BMX yarışları başlanacaq.
S.Kleqq BMX yarışları proqramında etdikləri dəyişikliyi hava şəraiti ilə əlaqələndirib: “Daha öncə istəmirdik ki, bu yarışı sonuncu gün keçirək. Amma hava şəraiti ilə əlaqədar iyunun 27-də nəzərdə tutulan yarışı bu günə keçirdik”.
BEGOC rəsmisi Azərbaycan idmançılarının uğurlarının tamaşaçı sayına təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bugünkü yarışları 29 minədək tamaşaçının izləyəcəyi gözlənilir: “Bu gün 9 idman növü üzrə 23 dəst medal sahibini tapacaq. Eyni zamanda, 3x3 basketbol üzrə final görüşü olacaq. Sabah isə 26 minə yaxın tamaşaçının gəlişini gözləyirik”.
Uzun yolu gözəl nəticələrlə başa çatdırdıqlarını deyən S.Kleqq bildirib ki, Bakı Olimpiya Stadionu artıq bağlanış mərasiminə tam hazırdır.