Qazandığı medalların sayına görə ikinci yerdә olan komandamız sevinirik ki, bu yeri indiyәdək qoruyub saxlaya bilib. Dünәn 1 qızıl, 2 gümüş, 3 bürünc medal qazanmışıq. Әnәnәvi idman növlәrində gözlәnilәn nailiyyәtlәrdәn savayı, dünәn qılıncoynatmada böyük qәlәbә əldə edə bildik. Bünyatova bacılarının inamlı mübarizəsi bizi sevindirdi.
Ertv.Az xəbər verir ki, bu sözləri iyunun 25-də gәnclәr vә idman naziri Azad Rәhimov birinci Avropa Oyunlarında ötən günün yarışlarının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Növbәti sevindirici mәqamın tamaşaçıların marağı olduğunu vurğulayan nazir bildirib ki, idman qurğularında yerlәrin 70-80 faizi tutulub. Tamaşaçılar bilet alıb oyunları izləyirlər. Yeni idman mәdәniyyәti formalaşır. Könüllülәr dә işi yüksәk sәviyyәdә aparırlar. Bu da yeni formatda olan mәdәniyyәtdir. Mәqsәdlәrdәn biri Azәrbaycanın dünyaya tanıdılması idi. Bu, әsasәn yayım vasitәsilә aparılır.
Oyunlar 61 kanal vasitәsi ilә dünyanın 145 ölkәsinә yayımlanır. 824 milyon mәnzildә bu oyunlar izlәnilir. Açılış mәrasimi 120 ölkәdә canlı yayımlanıb. Yayım saatları tәxminən Soçi Olimpiya Oyunları ilә eynidir. 253 medal dəstindən 194 medal qazanılıb. 59 dәst medal isə 2 gün әrzindә idmançılara tәqdim olinacaq. Dünәn gәnclәr arasında üzgüçülük üzrə dünya rekordu qırılıb. Bu, onu göstәrir ki, bu sahәdә dә idmançıların sәviyyәsi çox yüksәkdir.