Xəbərlər

Dünya məşhurları Heydər Əliyev Mərkəzində
25 iyun, 2015 13:40

Heydər Əliyev Fondundan Ertv.Az-a bildiriblər ki, ziyarətçilər Mərkəzdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən Muzeylə, Azərbaycan mədəniyyəti və ənənələrini, memarlıq abidələrini əks etdirən sərgilərlə (“Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan”) tanış ola bilərlər.

Mərkəzdə, həmçinin müxtəlif ölkə və xalqların incəsənət nümunələri təqdim olunur. Sənətsevərlər burada belçikalı rəssam Vim Delvuanın əsərlərini, “Qreys Kelli: şahzadə və stil ikonası” və Türkiyənin görkəmli rəssamlarının sərgilərini izləyə, yapon rəssam Yayoi Kusama, böyük britaniyalı heykəltəraşlar Toni Kreqqin “Nəzər nöqtələri” və Aniş Kapurun “Parabolik bükülmə” əsərlərinə tamaşa edə, “Ceyranlar”, “Gracking art” sərgiləri ilə tanış ola bilərlər. Ziyarətçilər “Klassik avtomobil sərgisi”ni izləməklə avtomobil sənayesinin inkişaf tarixinə ekskursiya edəcəklər.

Heydər Əliyev Mərkəzinin daimi ekspozosiyasındakı əsərlər sırasına daha bir neçə əsər daxil olub. İzləyicilər hazırda Mərkəzdə Jaume Plensanın “Avtoportret”, Jan-Mişel Otonyelin “Adsız (Özü taxılan qara boyunbağı)”, Mariko Morinin “Tsiklik-1” əsərlərini izləyə bilərlər.

Mərkəzdəki Muzey və sərgilər çərşənbə axşamı-cümə günlərində saat 11:00-dan 19:00-dək, şənbə-bazar günləri saat 11:00-dan 18:00-dək açıq olur. Kassa isə çərşənbə axşamı-cümə günlərində saat 11:00-dan 18:00-dək, şənbə-bazar günləri saat 11:00-dan 17:00-dək işləyir.

Qeyri-iş günləri ilə əlaqədar isə Heydər Əliyev Mərkəzindəki Muzey və sərgilər iyunun 26-sı, 27-si və 28-də saat 11:00-dan 18:00-dək işləyəcək. Kassa isə qeyd olunan günlərdə saat 11:00-dan 17:00-dək açıq olacaq.

Biletlər barədə məlumatı Mərkəzin kassasından (tel: 012 505 60 03) və Mərkəzin saytında bilet satış bölməsindən (http://heydaraliyevcenter.az/#26_E-Bilet) əldə etmək olar.

Sərgilərdən videoçarxı təqdim edirik: https://www.youtube.com/watch?v=P4aY-hU6R4s.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.