Xəbərlər

Əbülfəs Qarayev Neftçalada mədəniyyət müəssisələrinin vəziyyəti ilə tanış olub
25 iyun, 2015 13:39

Ertv.Az xəbər verir ki, əvvəlcə rayon Mərkəzi Kitabxana Sisteminə gələn nazir buradakı iş şəraiti, kitabxanaya oxucuların cəlb olunması, yeni nəşrlərlə təminat və s. məsələlərlə maraqlandı. 

Sonra nazir rayon Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdi. Muzey binasının əsaslı təmirə və yenidənqurmaya ehtiyacı var. Nazirə məlumat verildi ki, bina yaxşı vəziyyətdə olmadığı üçün muzeyin eksponatları müvəqqəti olaraq Xanoğlan Məmmədov adına Neftçala şəhər Mədəniyyət və İncəsənət Sarayında yerləşdirilib. Əbülfəs Qarayev muzey binasında təmir və yenidənqurma işlərinin aparılması üçün müvafiq tədbirlərin görüləcəyini bildirdi.

Şəhər Mədəniyyət və İncəsənət Sarayına gələn nazir buradakı vəziyyətlə maraqlanaraq müvafiq tapşırıqlarını verdi. Binada yerləşdirilmiş Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarına baxış keçirildi. Qeyd olundu ki, 16 mindən çox eksponatı olan muzeyin müasir ekspozisiya zalının qurulmasına ehtiyac var. Mədəniyyət və İncəsənət Sarayında yerləşən Neftçala Dövlət Rəsm Qalereyası ilə də olan nazirə məlumat verildi ki, burada 100-ə əsər nümayiş etdirilir.

Əbülfəs Qarayev daha sonra Neftçala rayon Uşaq İncəsənət Məktəbinə gəldi. Məktəbin binası və tədris şəraiti ilə maraqlanan nazir bildirdi ki, yaxşı vəziyyətdə olmayan bu binada da müvafiq təmir-bərpa işləri görülməlidir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.