ATƏT Ermənistanı zorakılıq hallarını düzgün araşdırmağa çağırıb
25 iyun, 2015 13:31
Ertv.Az xəbər verir ki, bu barədə bəyanat ATƏT-in saytında yerləşdirilib.
O bəyan edib ki, Ermənistan ATƏT-in digər üzv dövlətləri kimi dinc, sərbəst toplaşmaq hüququnun müdafiəsi və təşviqinə dair öhdəlik götürüb. Ona görə də İrəvanda etirazçıların haqqına tam şəkildə hörmətlə yanaşılmalıdır.
ATƏT rəsmisi həmçinin aksiya iştirakçılarına qarşı zor tətbiqindən, təzyiqli sudan istifadə olunmasından, 100-lərlə insanın həbsindən narahatlığını ifadə edib.
Ermənistan hakimiyyətini həddindən artıq güc istifadəsi, əsassız həbslərlə bağlı düzgün araşdırma aparmağa çağırıb.
Qeyd edək ki, Ermənistanda iyunun 19-dan elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı etiraz aksiyaları başlayıb.
İyunun 23-də səhər saatlarında polis paytaxt aksiyanı zorakılıqla dağıdıb və 237 nəfər, o cümlədən jurnaıistlər həbs olunub.