Ertv.Az-a Azərbaycanın Pakistandakı səfiliyindən verilən məlumata görə, məqalədə ölkəmizdə keçirilən bu möhtəşəm tədbirdə 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının iştirak etdiyi bu tədbirin nəinki Avropada, bütün dünyada geniş əks səda verdiyi qeyd olunub.
Müəllif ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsində Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük xidmətlərinin olduğunu vurğulayıb.
Qeyd edilib ki, onların səyləri nəticəsində qısa bir vaxt ərzində böyük və müasir idman kompleksləri və müxtəlif idman arenaları inşa edilib. Ölkəmizə gələn hər bir qonaq Azərbaycanda bütün sahələri əhatə edən inkişafı və tərəqqini görərək bunu yüksək qiymətləndirib.
Məqalədə eyni zamanda qeyd edilib ki, paytaxt Bakıda oyunların yüksək səviyyədə təşkili üçün bir sıra yeni arenalar tikilib, bunlar Milli Gimnastika Arenası, Velopark, Su İdman Növləri Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya stadionudur.
Daha sonra bildirilib ki, nəinki paytaxt Bakıda, eyni zamanda ölkənin digər regionlarında da oyunların keçirilməsi üçün müasir infrastrukturlar yaradılıb, ölkəyə gələn bütün idmançılar üçün paytaxtın Nizamı rayonunda böyük Atletlər kəndi salınıb.
Məqalə müəllifi artıq ölkəmizin belə möhtəşəm tədbirlərin təşkilində və uğurla keçirilməsində böyük təcrübəsinin olduğunu və gələcəkdə də bu cür tədbirlərin müvəffəqiyyətlə keçiriləcəyini vurğulayıb.
Məqalənin tam mətni ilə aşağıdaki linkdən tanış olmaq mümkündür.
http://www.pakistanintheworld.com/content/baku-2015-first-european-games-big-success-leadership-and-nation- Azerbaijan