Azərbaycanın boksçusu bürünc medal qazandı
24 iyun, 2015 22:09
Ertv.Az-ın apasport.az-a istinadən məlumatına görə, yarımfinala qədər irəliləyərək, ən azı bürünc medalı özü üçün təmin edən Tayfur Əliyev (56 kq) final üçün son döyüşünü rusiyalı Bəxtovar Nazirova qarşı keçirib. Bura qədər iki rəqibini mübarizədən kənarlaşdıran həmyerlimizlə 3 döyüşdən qalib ayrılan Nazirovun görüşü gərgin alınıb. Lakin qarşılaşma daha təcrübəli rusiyalının xeyrinə başa çatıb – 2:1 (28:29; 29:28; 29:28).