Xəbərlər

Xarici səfirliklər Ermənistan hakimiyyətindən baş verən zorakılığı düzgün araşdırmağı tələb etdilər
24 iyun, 2015 21:52
Ertv.Az erməni KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyi açıqlamasında söz və sərbəst toplaşma azadlığına hörmətlə yanaşmağa çağırış edib.
 
Səfirliyin bəyanatında qeyd edilib ki, iyunun 23-də etiraz aksiyasının dağıdılması zamanı polisin güc tətbiq etməsi, həmçinin polis şöbələrindən zorakılıqla bağlı yayılan məlumatlar narahatlıq yaradıb:
 
“Bundan əlavə əməliyyat zamanı jurnalistlər və onların texnikalarının əsas hədəf seçilməsi də bizi narahat edir. Ermənistan hökumətinin polis tərəfindən qeyri-adekvat güc tətbiq edilməsi ilə bağlı tam və şəffaf araşdırma aparması vacibdir”.
 
Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəıri Dirka Lorensanın bəyanatında isə deyilir:
 
“Biz elektrik enerjisi tariflərinin qiymətlərinə etiraz olaraq keçirilən aksiyanın iştirakçıları ilə polis arasında baş verən toqquşmanı diqqətlə izləyirik. Dinc aksiyanın iştirakçılarına və jurnalistlərə qarşı qeyri-bərabər şəkildə güc istifadə edilməsinə dair məlumatlar narahatlıq yaradır. Bu hadisələr obyektiv araşdırılmalı və saxlanılan fəallar dərhal azad edilməlidir”.
 
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks  də İrəvanda insanlara güc tətbiq edilməsindən narahatlığını açıqlayıb:
“Mən İrəvanda dinc nümayişin polis tərəfindən güc tətbiq edilərək dağıdılmasından ciddi narahatam. Həmçinin, jurnalistlərə qarşı zorakılıqdan istifadə və onların həbsi, texnikalarının məhv edilməsi daha çox narahatlıq yaradır. KİV-lərin azad və  təhlükəsiz mühitdə işləmək imkanları olmalıdır”.
 
Komissar Ermənistana ifadə azadlığını dair öhdəliyini xatırladıb və hüquq-mühafizə orqanlarının jurnalistlərə münasibətdə hərəkətlərinin düzgün araşdırmasını tələb edib.
 
ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Ermənistan hakimiyyətini jurnalistlərə qarşı hücumla bağlı təcili apaşdırmalara başlamağa çağırıb.
 
O bəyan edib ki, jurnalistlərə qarşı xüsusi zorakılıq həyata keçirilib, kobud münasibət göstərilib və onlar polis idarələrinə aparılıblar. 
 
Jurnalistlər vəsiqələrini təqdim etsələr də polislər onların kameralarını sındırmaqda və güc tətbiq etməkdə davam ediblər.
 
Böyük Britaniyanın Ermənistandakı  səfirliyi də jurnalistlərə, dinc aksiya iştirakçılarına qarşı zorakılıqdan narahatlığını bəyan edib.
 
“İyunun 23-də Ermənistanda dinc aksiya zorakılıqla başa çatdırıldı. Çoxsaylı insanlar, o cümlədən jurnalistlər həbs olundu. Biz hökuməti təcili olaraq  qanun çərçivəsində bu hadisələri araşdırmağa çağırırıq”.
 
“Amnesty International” beynəlxalq hüquq müdafiəsi təşkilatı da Ermənistan hakimiyyətini polis tərəfindən dinc nümayişçilərə qarşı həddindən artıq gücdən  istifadə hallarının obyektiv və müstəqil araşdırılmasını təmin etməyə çağırıb.
 
Təşkilatın bəyanatında qeyd edilib ki, dinc aksiyanın zorakı yolla dağıdılması, təzyiqli sudan istifadə  narahatlıq yaradır:
 
“Hətta əvvəlcədən xəbərdarlıq olsaydı belə, təzyiqli sudan istifadə yenə də insanların güclü zədələr almasına səbəb olacaqdı. Bundan dinc nümayişçilərə qarşı istifadə edilə bilməz. Baş verən hadisələrdə bütün hüquq-mühafizə orqanları məsuliyyət daşıyır və onlar cəzalandırılmalıdırlar”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.