AZAL bir neçə istiqamət üzrə xüsusi yay aksiyası keçirir
24 iyun, 2015 21:49
AZAL-dan Ertv.Az-a verilən məlumata görə, aksiya iyulun 2-dən sentyabrın 30-dək olan uçuşlara aiddir.
Bu uçuşlar üçün biletlərin satış tarixləri iyulun 1-dən avqustun 31-dəkdir.
Yay aksiyasına görə, Dubaya “gediş-dönüş” 232 Avrodur (Dubay istiqamətində -uçuş və satış tarixləri 25.06.2015-31.07-2015).
Eyni zamanda, yay aksiyasına görə, Rostov-na-Donu “gediş-dönüş” 289 Avro; Bişkek “gediş-dönüş” 339 Avro; London “gediş-dönüş” 409 Avro; Roma “gediş-dönüş” 429 Avro; Milan “gediş-dönüş” 429 Avro; Paris “gediş-dönüş” 449 Avro təşkil edir.
Qeyd edək ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur. Yerlər məhdud olar bilər. Bu qiymətə yığımlar və rüsumlar daxildir.