Avropa Oyunları haqqında tammetrajlı sənədli film çəkilir
23 iyun, 2015 02:41
Ertv.Az Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Dublyaj” studiyasında dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifi Sergey Şaçin və rejissoru Natalya Zavoznenkodur. Onlar idman kinosu mövzusunda bir neçə beynəlxalq layihələrin müəllifləridirlər.
Filmin operatorları Asif Qəhrəmanov, Allahverdi Şahqulubəyov, İvan Germanov, Aleksandr Koçubeydir.
Ölkəmizdə yüksək səviyyədə təşkil olunan ilk Avropa Oyunları ilə yanaşı, filmdə Azərbaycanda qədim tarixi ənənələrə malik olan milli idman növlərinin yaranmasından, inkişafından, xalqımızın həyat və məişətindəki mühüm yerindən də bəhs ediləcək.