Xəbərlər

Gənc Tamaşaçılar Teatrında Avropa Oyunları çərçivəsində tamaşaların nümayişi davam edir
23 iyun, 2015 02:39

Ertv.Az xəbər verir ki, teatrın yaradıcı kollektivi iyunun 22-dən 24-dək “Oskar” mükafatçısı, dünya şöhrətli yazar Martin MakDonahın “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” tamaşalarını nümayiş etdirəcək.

Mədəniyyət və Turizm Nazirliyi, Gənc Tamaşaçılar Teatrı və “British Council” Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində hazırlanmış tamaşaların quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, quruluşçu rəssamı Liza Kuk (Böyük Britaniya), işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), rejissorları  Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyevadır.

Tamaşalarda teatrın aktyorları - əməkdar artistlər Naibə Allahverdiyeva, Şəfəq Əliyeva, Qurban İsmayılov, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova, Asya Atakişiyeva, Vüqar Məmmədəliyev, Rasim Cəfərov, Manaf Dadaşov, Ramil Məmmədov, Anar Səfiyev,Vüsal Mehrəliyev iştirak edirlər.

Məlumat üçün bildiririk ki, “Yalqız Qərb” tamaşası ötən il Rusiyanın Perm şəhərində dünyada ilk dəfə keçirilmiş I Martin MakDonah Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək festivalın fəxri diplomuna və festival prezidentinin xüsusi mükafata layiq görülüb.

Gənc Tamaşaçılar Teatrında Avropa Oyunları ilə bağlı xarici qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyun ayının 29-a kimi davam edəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.