Siçana görə təyyarə reysini təxirə saldılar
23 iyun, 2015 02:34
Ertv.Az RİA-Novost-yə istinadən xəbər verir ki, təyyarə terminalı tərk edib, havaya qalxmağa hazırlaşarkən sərnişinlər salonda siçan görüblər.
Bundan sonra təyyarə hava limanına geri qayıdıb, sərnişinlər çıxarıldıqdan sonra mühəndislər və xadimələr təmizlik işinə başlayıblar.
Sərnişinlər gecə otelə yerləşdirilib və səhər digər reyslə yola salınıblar.