Ertv.Az xəbər verir ki, yay istirahəti, ya da yeni yerlər kəşf etmək arzusu ilə yola çıxanlara kilolarını sabit saxlamaq demək olar ki, qorxulu yuxu kimi görünür.
Hər dəfə başlanılan, amma iki gündən sonra yarımçıq qoyulan pəhrizlər adamın arıqlamaq inancını daha da zəiflədir. Saglam qidalanmaq, özünlə və həyatla gözəl, xoş münsaibətdə olmaq üçün iç tarazlıq başlıca amillərdəndir. Çünki çox yemək sağlamlığınız üçün bərpası mümkün olmayan ciddi problemlərə yol aça bilər. Bəzən səyahətdən sonra bəziləri internetdə olan qeyri-sağlam pəhrizlərlə özlərinə ciddi ziyan vururlar. Lakin onu bilmək lazımdır ki, həkim tövsiyyəsi olmadan verilən sürətli çəkilər sonra artıqlaması ilə geri qayıdır.
Oxucularımıza məsləhət görərdik ki, səyahətdə olan zaman “Fastfood”, qızardılmış yeməklər, xəmirli şirniyyatlar, duzlu-şəkərli, həmçinin yağlı qidalardan uzaq dursunlar. Bura sosis, kolbasa kimi qidalar da daxildir. Amma ən əsası…
Səyahət öncəsi yediklərinizə diqqət edin
Səyahətə çıxmazdan 1 həftə öncə bədəninizdəki ödəmi, artıq mayeləri xaric edin.
Bunun üçün:
Bacardığınız qədər duzun istifadəsini azaldın.
Hər gün yarım saat sürətli yürüş edin.
Gündəlik olaraq, adaçayı, çökə və razıyanadan dəmlənmiş çaylardan 2-3 stəkan için.
Qızartma və yağlı yeməklərdən çəkinin.
Şirniyyatdan da az istifadə edin.
Əgər axşam hər hansı ziyafət məclisinə gedəcəksinizsə, həmin gün səhər yeməyinizi yüngül yeyin. Qəlyanaltılarda qatıq, süd kimi ağartı məhsullarından yararlanın. Günorta yeməyiniz də yüngül olsa yaxşıdır. Burada əsas prinsip aradakı qəlyanaltılardır. Belə etsəniz, orqanizminiz aclıq yaşamaz və kilo almaq kimi qorxunuz da olmaz.
Səyahətdən döndükdən sonra
Səyahətdən döndükdən sonra isə fiziki aktivliyi artırmaq və gün ərzində 2 litr su içmək lazımdır. Daha bir məqamı diqqətinizə çatdıraq ki, su çox içən zaman duz istifadəsini azaltmaq gərəkdir. Çünki duz suyu bədəndə tutub saxlayır, belə olan halda çəki artımı müşahidə olunur, arıqlama prosesi zəif gedir. Duz qəbulu, su içən zaman bədəndə selülitin yaranmasına səbəb olur.